"Dövlət bütün vətəndaşların problemlərini həll edə bilməz" - Sunak
5-11-2022, 10:33
923

"Dövlət bütün vətəndaşların problemlərini həll edə bilməz" - Sunak

"Britaniya hökuməti vətəndaşların bütün problemlərini həll edə bilməz".
Bunu Britaniyanın yeni Baş naziri Rişi Sunak "Times" qəzetinə müsahibəsində deyib. 
Sunak dövlət büdcəsindəki 50 milyard funt-sterlinq (təxminən 57,3 milyard dollar) kəsiri ödəmək üçün vergiləri artırmaq niyyətindədir.
"Əmin olmalısınız ki, bir iş görəndə bunu ləyaqətlə edirsiniz və insanlara qarşı dürüst olursunuz", - deyə Sunak bildirib.
O, həmçinin qeyd edib ki, inflyasiya ilə mübarizə onun siyasətinin prioritet istiqamətlərindən biridir. 

Oxşar xəbərlər