“Kingsley Records” sənətçilərini təqdim etməyə başladı
5-11-2022, 11:35
896

“Kingsley Records” sənətçilərini təqdim etməyə başladı

Azərbaycanda yeni yaranan musiqi leyblı “Kingsley Records” sənətçilərini təqdim etməyə başlayıb.
Rauf Kingsley-in yaratdığı və hazırda başçılıq etdiyi leyblın əhatəsindəki sənətçilər artıq Berlin, İstanbul və digər şəhərlərdə səsyazmalara başlayıblar.
İlk açıqlanan sənətçi isə "Bunny" ləqəbi ilə bilinən Metin Mikaeli olub. Uşaqlıq illərindən bəri musiqi ilə məşğul olan Bunny hazırda Nişantaşı Universitetində səs mühəndisliyi fakültəsində oxuyur.  
Avqustda müraciətləri açıq elan edən leybl sadəcə 18-25 yaş aralığında olan dünyagörüşlü gəncləri axtarır. Yeni nəsil sənətçiləri axtardığını deyən leybl rəsmiləri gələcəyi onlarda gördüyünü bildirir.

Oxşar xəbərlər