Donetskdə Ali Məhkəmənin hakimi güllələndi
5-11-2022, 12:02
882

Donetskdə Ali Məhkəmənin hakimi güllələndi

Özünü elan edən Donetsk Xalq Respublikasının (DXR) Uqleqorsk şəhərində Ali Məhkəmənin hakiminə sui-qəsd cəhdi edilib. 
Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin "Telegram" kanalında məlumat verilib.
Məlumata görə, naməlum şəxs noyabrın 4-ü axşam saatlarında DXR Ali Məhkəməsinin hakimi A. A. Nikulinə sui-qəsd cəhdi edib. Zərərçəkən güllə yarası alıb, o, tibb müəssisəsindədir, vəziyyəti ağırdır.
Cinayəti törətməkdə şübhəli bilinən şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər həyata keçirilir. 

Oxşar xəbərlər