ABŞ-da atışma: 9 yaralı
6-11-2022, 20:49
9 378

ABŞ-da atışma: 9 yaralı

Amerikanın Filadelfiya şəhərində (Pensilvaniya) bar yaxınlığında atışma nəticəsində 9 nəfər yaralanıb.
Bu barədə polisə istinadən CBS News məlumat yayıb.
Zərərçəkənlərdən ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Polis Filadelfiyanın Kensinqton rayonundakı barın qarşısında 9 nəfərin güllələndiyini bildirib.
Məlumata görə, polis bir neçə hücumçunun olduğunu güman edir. Hüquq-mühafizə orqanları əməkdaşlarının sözlərinə görə, azı 40 atəş açılıb.

Oxşar xəbərlər