Yaponiya İranın Rusiyaya PUA-lar göndərməsini tənqid etdi
7-11-2022, 10:24
1 239

Yaponiya İranın Rusiyaya PUA-lar göndərməsini tənqid etdi

Yaponiya hökuməti İranın Rusiyaya pilotsuz uçan aparatlar (PUA) göndərməsini pisləyir və bu ölkəni regionda sülhün və sabitliyin təmin edilməsi üçün konstruktiv rol oynamağa çağırır.
Bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno mətbuat konfransında bildirib.
“Biz İranın Rusiyaya pilotsuz uçuş aparatları göndərməsini kəskin pisləyirik. İranı regionda və ümumiyyətlə, dünyada sülhün və sabitliyin təmin olunması üçün konstruktiv rol oynamağa çağırırıq. Bu hərəkəti gələcəkdə də davam etdircəyimizi bildiririk”, - deyə baş katib qeyd edib.

Oxşar xəbərlər