Sobçak Rusiyaya qayıtdı
7-11-2022, 13:47
1 608

Sobçak Rusiyaya qayıtdı

Rusiyalı tanınmış jurnalist Kseniya Sobçak Rusiyaya qayıdıb.
“İzvestiya” xəbər verir ki, Sobçak Pskov vilayətində sərhədi piyada keçib. 
Xatırladaq ki, Kseniya Sobçak oktyabrın 26-sı İsrail pasportu ilə Rusiyanı tərk edib. Daha sonradan onun piyada Belarusdan Litvaya keçdiyi barədə məlumat yayılıb. Həmin gün onun bağ evində axtarış aparılıb. Axtarış əməliyyatı “Rostex” dövlət korporasiyasından hədə-qorxu ilə pul tələbetmə işi çərçivəsində aparılıb. Bu zaman Sobçak cinayət işində şübhəli qismində çıxış edirdi. İki gündən sonra isə onun statusu “şahid” olaraq dəyişdirilib. Cinayət işi çərçivəsində, Sobçakın kommersiya direktrou Kirill Suxanov və “Tatler”in eks-baş redaktoru Arian Romanovski saxlanılıblar.

Oxşar xəbərlər