Paşinyanın iqamətgahı yaxınlığında intihara cəhd
7-11-2022, 16:20
6 754

Paşinyanın iqamətgahı yaxınlığında intihara cəhd

Polis bazar günü gecə Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvandakı iqamətgahı yaxınlığında intihara cəhdin qarşısını alıb.
Ermənistan mediası bildirir ki, bu barədə ölkənin Fövqəladə halla nazirliyinin mətbuat xidməti məlumat yayıb. 
Zərərçəkənin huşsuz vəziyyətdə təcili yardım maşını ilə yanıq mərkəzinə aparıldığı qeyd edilir.
Hadisənin digər təfərrüatları və zərərçəkənin kimliyi barədə məlumat verilmir.
Digər məlumata görə, İrəvanda baş nazir Paşinyanın iqamətgahı yaxınlığında özünü yandırmağa cəhd edən şəxsin kimliyi müəyyənləşib. Bu, 47 yaşlı Əziz Aliyandır, onun həyatı üçün heç bir təhlükə yoxdur.
Həmin şəxsin qardaşı intihara cəhdin səbəbinin ödənilməmiş 10 min dram cəriməyə görə Əziz Aliyandan çörəkpulu qazandığı avtomobili əlindən alınması olduğunu bildirib.
Qeyd edək ki, Aliyan özünü yandırmağa cəhd edən zaman “Paşinyan evini dağıdıb” deyə qışqırıb.

Oxşar xəbərlər