"Dünya iqlim cəhənnəmi ilə üz-üzədir" - Quterreş
7-11-2022, 17:08
6 757

"Dünya iqlim cəhənnəmi ilə üz-üzədir" - Quterreş

Qlobal birlik planeti tezliklə xaosa sürükləyə biləcək iqlim dəyişikliyi ilə mübarizədə dönüş nöqtəsinə yaxınlaşır.
Bunu Misirdə BMT-nin İqlim Konfransı çərçivəsində  BMT-nin baş katibi Antonio Quterreş deyib. Onun sözlərini istixana qazları emissiyaları artmaqda, qlobal temperatur yüksəlməkdə davam edir və planetimiz sürətlə iqlim xaosunu dönməz hala gətirəcək uç nöqtəsinə yaxınlaşır. Biz şossedə iqlim cəhənnəmi ilə gedirik və ayağımız hələ də sürətləndiricinin üstündədir”, - Quterreş bildirib.
BMT baş katibinin sözlərinə görə, bəşəriyyət hələ də iqlim dəyişikliyi ilə mübarizədə uduzur.
Bir gün əvvəl Almaniyanın xarici işlər naziri Annalena Berbok eyni konfransda çıxış edərək, qlobal istiləşmə səbəbindən bəşəriyyətin uçuruma doğru getdiyini söyləmişdi. Bu baxımdan ölkələr mümkün qədər tez qalıq yanacaqlardan bərpa olunan enerji mənbələrinə keçməlidir.
Noyabrın 6-dan 18-dək Misirin Şarm Əl-Şeyx kurort şəhərində BMT-nin 27-ci İqlim Dəyişikliyi Konfransı (COP27) keçirilir.

Oxşar xəbərlər