İrandan dəhşətli STATİSTİKA: 14 mindən çox adam...
7-11-2022, 17:15
6 820

İrandan dəhşətli STATİSTİKA: 14 mindən çox adam...

İranda öldürülən və həbs edlən etirazçıların sayı açıqlanıb.
Bu barədə "MOUZE" teleqram kanalı xəbər verir. Bildirilir ki, statistikanı İran İnsan Haqları Təşkilatı noyabrın 7-ə paylaşıb.
İran İnsan Haqları Təşkilatı noyabrın 7-ə yaydığı məlumatda 17 sentyabrdan 6 noyabr axşam saatlarına kimi İranda davam edən etiraz nümayişlərində 50-i uşaq olmaqla 319 nəfərin hökumət məmurları tərəfindən öldürüldüyünü bildirib.
Bununla yanaşı, məlumatda 428 tələbə də daxil olmaqla 14823 nəfərin saxlanıldığı bildirilib. Onlardan 1862-nin kimliyi və harada saxlanıldığının dəqiqləşdirildiyi qeyd edilib.
Bu müddətdə 136 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 135 universitetin tələbələri bu nümayişləri dəstəkləyiblər.

Oxşar xəbərlər