Pelinin əri xəstəxanalıq oldu
9-11-2022, 11:44
1 794

Pelinin əri xəstəxanalıq oldu

Pelin Karahanın həyat yoldaşı Bedri Güntay xəstəxanalıq olub.
Bir neçə gündür özünü pis hiss edən Bedrinin damarında laxta olduğu müəyyən edilib. 
Pelin təcili əməliyyata alınan ərinin səhhəti barədə instaqramda paylaşım edib.
“Yoldaşım bu gün ağciyər emboliyası səbəbindən əməliyyat olundu. Hazırda xəstəxanada müşahidə altındadır. Maraqlanan hər kəsə təşəkkürlər”, - deyə, Karahan bildirib.
Xatırladaq ki, cütlük 2014-cü ildə ailə qurub. Onların iki oğlu var.

Oxşar xəbərlər