Bağdadda ABŞ vətəndaşı öldürülüb
9-11-2022, 15:01
7 497

Bağdadda ABŞ vətəndaşı öldürülüb

İraqın paytaxtı Bağdadda 45 yaşlı ABŞ vətəndaşı Stiven Troell güllələnib. İraq mediasının polis qaynaqlarına əsaslanaraq verdiyi xəbərdə Troellin qaçırılma cəhdi uğursuz alındıqdan sonra güllələnərək öldürüldüyü, Karrada rayonundakı xəstəxanaya aparıldığı, ölüm səbəbinin isə silahla vurulduğu bildirilib.Troellin ABŞ Beynəlxalq İnkişaf Agentliyinə bağlı bir yardım təşkilatında çalışdığı bildirilir. Şahidlərin sözlərinə görə, başqa maşında olan silahlı şəxslər Troellin olduğu avtomobilə atəş açıblar.

Oxşar xəbərlər