Ruslar Mariupol ətrafını minalayır
9-11-2022, 15:55
7 255

Ruslar Mariupol ətrafını minalayır

Rusiya Mariupol ətrafını minalayır, istehkam qurur.
 
Bunu Mariupol merinin müşaviri Pyotr Andryuşenko deyib.
“Ruslar Aqrobaz - Berdyansk xətti boyunca torpaq yolları və əkin sahələrini qazmağa başlayıblar",- o bildirib.
Onun sözlərinə görə, hər şey şəhərin sürətləndirilmiş və gücləndirilmiş istehkamından xəbər verir.
Qeyd edək ki, daha əvvəl Böyük Britaniya Müdafiə Nazirliyi Rusiya ordusunun qəfil əks-hücumunun qarşısını almaq üçün işğal altındakı Mariupol ətrafında müdafiə strukturları inşa etməyə başlaması ilə bağlı məlumat yaymışdı.

Oxşar xəbərlər