Xersondan geri çəkilən ruslar televiziya mərkəzini partlatdı
11-11-2022, 12:26
1 573

Xersondan geri çəkilən ruslar televiziya mərkəzini partlatdı

Rusiya silahlı qüvvələrinin bölmələri Xersondan geri çəkilməzdən əvvəl şəhəri darmadağın edib. 
Xarici KİV xəbər verir ki, onlar televiziya mərkəzini, qazanxanaları və rayon enerji obyektini partladıblar. 
Xatırladaq ki, noyabrın 9-da Rusiyanın müdafiə naziri Sergey Şoyqu rus qoşunlarının Xerson vilayətinin sağ sahilindən çıxarılması barədə göstəriş verib.

Oxşar xəbərlər