İki günlük maqnit qasırğası XƏBƏRDARLIĞI
11-11-2022, 18:25
7 036

İki günlük maqnit qasırğası XƏBƏRDARLIĞI

Noyabrın 11-də Yer kürəsini iki gün davam edəcək güclü intensivlikli maqnit qasırğası bürüyəcək. 
Xarici medianın xəbərinə görə, meteohəssas insanların səhhəti pisləşə bilər.
Qasırğanın təsirindən qaçmaq üçün bir neçə gün əvvəl sağlam həyat tərzinə riayət etmək, kifayət qədər yuxu almaq lazımdır. Qəhvə, spirt və siqaret qəbulunu məhdudlaşdırın. Daha çox bitki çayı içmək lazımdır. Daha tez-tez açıq havada olun və stress mənbələrindən xilas olun. Səhhətiniz pisləşirsə, həkimə müraciət edin.

Oxşar xəbərlər