“Hellouin” faciəsi ilə əlaqədar sübutları məhv edən polis zabiti evində ölü tapılıb
12-11-2022, 21:51
18 262

“Hellouin” faciəsi ilə əlaqədar sübutları məhv edən polis zabiti evində ölü tapılıb

Oktyabrın 29-da Seulun mərkəzində “Hellouin” bayramının qeyd edilməsi zamanı baş verən izdihamda səhlənkarlığa yol verməkdə və sübutların məhv edilməsində şübhəli bilinən polis məmuru öz evində ölü tapılıb.
Qeyd olunur ki, Çon soyadlı zabit izdihamın baş verdiyi ərazinin polis şöbəsində xidmət edib.
Bildirilir ki, o, faciədən dərhal sonra təhlükəsizliklə bağlı yol verilmiş nöqsanların izini itirmək məqsədi ilə bəzi sənədləri məhv edib.  
Polis zabiti səhlənkarlıqda, vəzifə səlahiyyətlərindən sui-istifadə və sübutları məhv etməkdə ittiham olunurdu.
Xatırladaq ki, oktyabrın 29-da Seul şəhərində axşam saatlarında kafe və restoranların, gecə klublarının yerləşdiyi ərazidə təxminən 100 min nəfərin iştirak etdiyi “Hellouin” şənliklərində izdiham yaranıb. Nəticədə 151 nəfər ölüb, 19-u ağır olmaqla 82 nəfər müxtəlif dərəcədə xəsarət alıb.
Mənbə: Yonhap

Oxşar xəbərlər