Türkiyə PKK-ya qarşı genişmiqyaslı əməliyyata başladı
12-11-2022, 12:40
3 948

Türkiyə PKK-ya qarşı genişmiqyaslı əməliyyata başladı

Türkiyə Ağrı və İğdırda PKK terror təşkilatına qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb.
Ölkənin Daxili İşlər Nazirliyindən verilən məlumata görə, “Eren Abluka Sonbahar-Kış-12 Şehit Jandarma Uzman Çavuş Dursun Pampal Operasyonu” adı verilən əməliyyata 1017 şəxsi heyət və 58 əməliyyat qrupu cəlb edilib.
Əməliyyat terror təşkilatı olan PKK-nı ölkə gündəmindən çıxarmaq və bölgədə məskunlaşan terrorçuları zərərsizləşdirmək məqsədi daşıyır.
Mənbə: Anadolu

Oxşar xəbərlər