ABŞ-da təyyarələr havada toqquşdu
13-11-2022, 19:10
9 587

ABŞ-da təyyarələr havada toqquşdu

ABŞ-ın Texas ştatında iki təyyarə hava şousu zamanı toqquşub.
"Daily Mail" qəzeti xəbər verir ki, "Boeing B17" Flying Fortress bombardmançı təyyarəsi "Bell P-63" Kinqkobra ilə toqquşub. 
Hadisə Veteranlar Günü münasibətilə Hərbi Hava Qüvvələrinin şousu zamanı Dallas Aeroportunun üzərində baş verib. 
Federal Aviasiya Administrasiyası və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası qəza ilə bağlı araşdırma aparır.
Xəsarət alanlar barədə məlumat verilmir.





Oxşar xəbərlər