"Yargı"nın aktyoru qəza törətdi
14-11-2022, 21:41
9 405

"Yargı"nın aktyoru qəza törətdi

Türkiyəli məşhur aktyor Kaan Urgancıoğlu qəzaya düşüb.  
Ötən gecə sevgilisi Burcu Denizerlə Etilerdə görüntülən aktyor avtomobili ilə ərazini tərk edərkən gözlənilməz anda jurnalistin maşınını vurub.  
Hadisədən sonra Urgancıoğlu dərhal maşınını əzdiği jurnalistin yanına gedərək, "Səhv edirəm, üzr istəyirəm. Nömrəni ver. Sabah həll edəcəyik" , - deyib.
Qeyd edək ki, Kaan hazırda "Yargı" serialında "Ilgaz Kaya" obrazını canlandırır.  

Oxşar xəbərlər