Yıldız Tvitterdən imtina edir
14-11-2022, 13:06
1 421

Yıldız Tvitterdən imtina edir

Atdığı tvitlərlə zaman-zaman gündəm olan müğənni Yıldız Tilbe Tvitter hesabını bağlamağa qərar verib.
Bu barədə sənətçi özü məlumat yayıb. O, İlon Mask sözügedən platformanı aldıqdan sonra belə bir addım atacağını bildirib:
“İnstaqrama keçirəm, tvitter artıq 1 nəfərin imiş. Sistem çox əxlaqsızca dəyişir. Tvitterə mənim üçün daxil olanların buna məruz qalmaqlaırnı istəmirəm. Gündəmdəki bir çox başlıq geridəqalmışdır. Utancverici, hər kəs eyni şeydən utanmır, bəziləri heç nədən. Necə bağlayacam bu hesabı? Tapa bilmirəm. Salam, instaqram, xudahafiz, Tvitter”.

Oxşar xəbərlər