Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI
14-11-2022, 14:04
1 378

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 81 370 nəfər canlı qüvvə itirib.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 848 tank, 5 748 zirehli maşın, 1 839 artilleriya sistemi, 393 reaktiv yaylım atəşi sistemi, 206 hava hücumundan müdafiə sistemi, 278 təyyarə, 261 helikopter, 1 509 PUA, 399 qanadlı raket, 16 gəmi/qayıq, 4 316 avtomobil texnikası və avtosistern, 160 xüsusi texnikadan ibarətdir.


Oxşar xəbərlər