Liderlərin ilk üzbəüz görüşünün detalları - YENİLƏNİB
14-11-2022, 18:36
6 366

Liderlərin ilk üzbəüz görüşünün detalları - YENİLƏNİB

Balidə Çin lideri Si Cinpin və ABŞ prezidenti Co Bayden arasında görüş yekunlaşıb.
Danışıqlar üç saat yarımdan çox davam edib.
Ağ Evin yaydığı məlumata görə, dövlət başçıları ABŞ və Çinin münaqişəyə sürüklənməsinin qarşısını almaq üçün prinsiplərin hazırlanmasının vacibliyini müzakirə ediblər.
Co Bayden ABŞ-ın Çinlə fəal rəqabət aparmağa davam edəcəyini bildirib.
Danışıqlarda Ukraynadakı vəziyyətə də toxunulub. Liderlər Ukraynada nüvə silahından istifadə təhdidlərinə qarşı çıxıb, nüvə müharibəsinin yolverilməz olduğunu söyləyib.
Eyni zamanda, ABŞ dövlət katibi Entoni Blinkenin Çinə səfəri ilə bağlı razılıq əldə olunub.
14:08
Çin lideri Si Cinpin və ABŞ prezidenti Cozef Bayden ilk dəfə görüşüblər. 
Sinhua xəbər agentliyi xəbər verir ki, görüş noyabrın 14-də İndoneziyada keçirilən G20 sammiti çərçivəsində baş tutub.
Onlar sonuncu dəfə 2015-ci ildə Si Cinpinin ABŞ-a səfəri zamanı şəxsən görüşüblər. 




Oxşar xəbərlər