G20-yə gələn Baş nazir koronavirusa yoluxdu
15-11-2022, 12:59
1 131

G20-yə gələn Baş nazir koronavirusa yoluxdu

Kambocanın Baş naziri Hun Sen G20 toplantısında iştirak etmək üçün İndoneziyaya gəlib. Lakin Baş nazir iclasda iştirak edə bilməyib.  
Buna səbəb Hun Senin COVID-19 testinin müsbət çıxması olub. 
Bu gün nümayəndə heyəti ilə Kambocaya dönəcəyi bildirilən Hun Sen, "Bu virusun mənə nə vaxt yoluxduğunu bilmirəm. İndoneziya səlahiyyətliləri məndən nümunələr götürdülər və səhər saatlarında COVID-19 üçün müsbət olduğum təsdiqləndi", - deyə  sosial şəbəkə hesabından açıqlama verib. 

Oxşar xəbərlər