Putin Mariupola “Hərbi Şöhrət Şəhəri” fəxri adını verdi
15-11-2022, 17:56
6 509

Putin Mariupola “Hərbi Şöhrət Şəhəri” fəxri adını verdi

Rusiya prezidenti Vladimir Putin Mariupol və Melitopol şəhərlərinə “Hərbi Şöhrət Şəhəri” adının verilməsi haqqında fərman imzalayıb. 
Bu  barədə Kremlin saytında məlumat dərc olunub.  
“Vətənin azadlığı və müstəqilliyi uğrunda mübarizədə şəhərin müdafiəçiləri tərəfindən göstərilən cəsarət, mətanət və kütləvi qəhrəmanlığa görə Melitopol Rusiya Federasiyasının “Hərbi Şöhrət Şəhəri” fəxri adı ilə təltif edilsin", - fərmanda deyilir. 
Bənzər bir fərman eyni adın Mariupola verilməsinə dəlalət edir.

Oxşar xəbərlər