İranda koronavirusa yoluxanların sayı 700 min nəfəri keçib
10-11-2020, 16:30
288

İranda koronavirusa yoluxanların sayı 700 min nəfəri keçib

İranda ötən sutka ərzində 10 339 nəfər koronavirusa (COVID-19) yoluxub.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 703 288 nəfərə çatıb. Virus daşyıcılarından 5 584 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 453 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 39 202 nəfərə yüksəlib.
Sadat Lari əlavə edib ki, İranda indiyədək 530 694 nəfər koronavirusdan sağalıb, indiyədək 5,3 milyondan çox diaqnoz testi həyata keçirilib.

Oxşar xəbərlər