G20-yə sədrlik Hindistana təhvil verildi
16-11-2022, 16:02
861

G20-yə sədrlik Hindistana təhvil verildi

Noyabrın 16-da G20 sammitinin bağlanışında İndoneziya prezidenti Coko Vidodo G20-nin sədri titulunu Hindistanın baş naziri Narendra Modinə təhvil verib.
Bu barədə "CNN Indonesia" məlumat yayıb. 
"Mən G20-nin sədri olacaq Hindistanı təbrik etmək istərdim. Qlobal bərpa və inklüziv artımı həyata keçirmək və saxlamaq mandatı Zati-aliləri Baş Nazir Narendra Modinin əlindədir”, - İndoneziya Prezidenti G20-nin Balidə keçirilən son sessiyasında bildirib.
İndoneziya Hindistanın 2023-cü ildə G20-yə sədrliyini dəstəkləməyə hazırdır.

Oxşar xəbərlər