Ukrayna Belarus istiqamətində körpüləri partladır
16-11-2022, 16:11
7 011

Ukrayna Belarus istiqamətində körpüləri partladır

Ukrayna Silahlı Qüvvələrinin Qomel və Mozır istiqamətində, demək olar ki, bütün körpüləri partladıb.
 "Sputnik Belarus" xəbər verir ki,  bunu Belarus Dövlət Sərhəd Komitəsinin rəhbəri Anatoli Lapo deyib.
“Ukrayna tərəfi sərhəddə mühəndis səddini artırmaq üçün səylər göstərir. Belarusun Ukraynadakı sərhədi minalarla örtülüb, Qomel və Mozır istiqamətində demək olar ki, bütün körpülər partladılıb. İndi onlar Volın istiqamətində körpüləri partlatmağa başlayırlar”, - deyə o bildirib. 
O qeyd edib ki, “Ukraynanın sərhəd bölgəsində bütün əhali anti-Belarus və anti-Rusiya təbliğatının təsiri altındadır”.

Oxşar xəbərlər