"Rusiya hər sülh planına 10 raketlə cavab verir" - Zelenski
16-11-2022, 16:34
6 971

"Rusiya hər sülh planına 10 raketlə cavab verir" - Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Ukraynanın sülh planının hər bəndinə on raketlə cavab verdiyini açıqlayıb.
O, bu barədə sosial media hesabında açıqlama yayıb. 
Rusiyanın hücumlarından zərərçəkmiş yerlərin fotolarını paylaşan Zelenski, "Rusiyaya sülhdən danışırlar, o da raketlərlə cavab verir. Ona Rusiyanın provokasiya etdiyi qlobal böhranlardan danışılır, İranın pilotsuz təyyarələri ilə cavab verir. O, sülh planının hər bəndi üçün on raket atdı", - deyə qeyd edib.  

Oxşar xəbərlər