Çimərlikdə dəhşət: Meyitlərin yanında oynayan uşaqlar
16-11-2022, 18:49
7 454

Çimərlikdə dəhşət: Meyitlərin yanında oynayan uşaqlar

Meksikanın turistik şəhəri Akapulkoda çəkilən görüntülər qısa müddətdə gündəm olub.
“El Pais” xəbər verir ki, çimərliyə gələn turistlər sahildə cəsədlərlə qarşılaşıblar.
3 cəsəd şəhərin Kondesa çimərliyinin sahilində tapılıb. Həmin an sahildə olanlar dəhşətlərini gizlədə bilməyiblər. Polis dərhal əraziyə gəlib.
Dəhşətli fotolarda cəsədlərin yanında uşaqların çimdiyi, hətta meyitlərin yanında oyun oynadığı əks olunub.
Bu, illərdir Cənubi Amerikada davam edən “narkotik müharibəsi”nin nəticəsidir. Polis də qurbanların kartellər arasında müharibə zamanı öldürüldüyünü bildirib.

Oxşar xəbərlər