G20-yə görə Balidə səmaya 30 ton duz səpilibmiş
16-11-2022, 17:30
6 949

G20-yə görə Balidə səmaya 30 ton duz səpilibmiş

Balidə keçirilən G20 sammiti zamanı yaxşı hava şəraitini təmin etmək üçün adanın səmasına 30 tona yaxın duz səpələnib.
Bu  barədə İndoneziyanın Meteorologiya, Klimatologiya və Geofizika Agentliyi məlumat yayıb. 
Agentliyin rəhbəri Dvikorita Karnavati sözlərinə görə, bu, G20 sammiti zamanı ekstremal hava şəraiti ilə bağlı gözlənilən ssenarinin bir hissəsidir.
O, əlavə edib ki, 2022-ci il noyabrın 16-dək təyyarələr Bali səmasında ən azı 28 uçuş edib və 30 tona yaxın duz səpiblər.
Belə ki,əməliyyat İndoneziya Hərbi Hava Qüvvələri, Nəqliyyat Nazirliyi və ölkənin İctimaiyyətlə Əlaqələr Nazirliyi ilə birgə həyata keçirilib. Lakin Bali adasında zirvənin son günündə ildırımla müşayiət olunan leysan yağışı yağıb.

Oxşar xəbərlər