Bağdad hava limanında yenidən yanğın oldu
17-11-2022, 11:04
1 486

Bağdad hava limanında yenidən yanğın oldu

Bağdad Beynəlxalq Hava Limanının salonlarından birində yanğın baş verib. 
Xarici KİV xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb. 
"Yanğın VIP terminalın və turizm agentliyinin ofislərinin yerləşdiyi ikimərtəbəli Neinava zalında baş verib", - məlumatda deyilir. 
Hadisə yerinə 15 yanğınsöndürən briqadası gəlib və yanğın söndürülüb.
Hazırda hava limanından uçuşlar normal rejimdə həyata keçirilir.
Qeyd edək ki, bu, cari həftə ərzində sözügedən hava limanında ikinci yanğın hadisəsidir. 

Oxşar xəbərlər