Qazaxıstanda qatar qəzası: 14 vaqon relsdən çıxdı
17-11-2022, 12:15
1 554

Qazaxıstanda qatar qəzası: 14 vaqon relsdən çıxdı

Qazaxıstanın Karaqanda vilayətində 14 yük vaqonu relsdən çıxıb.
Bu barədə Qazaxıstan Dəmir Yolları xəbər verir.
Qəza noyabrın 17-də saat 06:15-də (Bakı vaxtı ilə 04:15 - red.) baş verib. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
İlkin məlumata görə, qəza özəl şirkətlərə məxsus vaqonların nasazlığı səbəbindən baş verib.
Hadisə ilə əlaqədar araşdırma aparılır.
Mənbə: TASS


Oxşar xəbərlər