Coniyə görə Rusiyada yollar bağlanacaq
17-11-2022, 17:45
8 316

Coniyə görə Rusiyada yollar bağlanacaq

Noyabrın 19-da Nijniy Novqorodda populyar azərbaycanlı artist Coninin (Cahid Hüseynli) konserti olacaq.
Müğənni 5600 nəfərlik Naqornı İdman Sarayında solo proqramla çıxış edəcək. Konsertlə əlaqədar İdman Sarayının yaxınlığında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Nijni Novqorod şəhər administrasiyasının rəsmi saytında məlumat verilib. Bildirilib ki, yolda nəqliyyatın hərəkəti və parkinq qadağan olunacaq.

Oxşar xəbərlər