“Tehran Qarabağla bağlı razılaşmanı alqışlayır”
10-11-2020, 22:20
268

“Tehran Qarabağla bağlı razılaşmanı alqışlayır”

“Tehran Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağla bağlı razılaşmasını alqışlayır”.
Bunu İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi deyib. O, üçtərəfli razılaşmanın həyata keçiriləcəyinə ümid etdiyini bildirib.
“İran Rusiyanın Azərbaycanla İrəvan arasındakı vasitəçilik rolunu və atəşkəs razılışmasını alqışlayır. İki ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət göstərməsinin və bütün vətəndaşların hüquqlarını təmin etməsinin vacibliyini vurğulamağa davam edirik”,- deyə Vaezi qeyd edib.
Onun fikrincə, münaqişə tərəfləri beynəlxalq normalara əməl etsələr, danışıqlar və siyasi yol bu böhrana son qoya bilər.

Oxşar xəbərlər