Pakistanda avtobus dərəyə yuvarlandı: Ölənlər var
18-11-2022, 10:20
955

Pakistanda avtobus dərəyə yuvarlandı: Ölənlər var

Pakistanın Sind əyalətinin Sehvan şəhəri yaxınlığında sərnişin avtobusu dərəyə yuvarlanıb. 
Xarici KİV xəbər verir ki, hadisə nəticəsində 10-u uşaq olmaqla 18 nəfər həyatını itirib, çoxlu sayda yaralı var.
Yanğınsöndürən və təcili yardımın göndərildiyi bölgədə axtarış-xilasetmə işləri davam edir.  

Oxşar xəbərlər