İsveç Şimal axınında təxribat faktını təsdiqlədi
18-11-2022, 13:13
1 194

İsveç Şimal axınında təxribat faktını təsdiqlədi

İsveçdəki müstəntiqlər bildiriblər ki, “Şimal axını” qaz kəmərlərinə ziyan vuran partlayışlar təxribatın nəticəsidir.
Bu barədə "The İndependent" nəşri məlumat yayıb.  
İsveç prokurorluğunun  yaydığı məlumatda,  "Aparılan təhlillər aşkar edilmiş bir neçə obyektdə partlayıcı maddələrin izlərini göstərir" , - qeyd olunub. 
Bəyanatda vurğulanır ki, boru kəmərinin zədələnməsinin yaxınlığındakı bu tapıntılar təxribat faktını təsdiqləyir.
“Şimal axını” qaz kəmərlərinə edilən hücumlarda əvvəllər Kreml günahlandırılırdı.

Oxşar xəbərlər