Bir gündə 2 milyon bilet satdı
18-11-2022, 19:00
8 103

Bir gündə 2 milyon bilet satdı

Dünyaca məşhur müğənni Teylor Svift bir gündə 2 milyon konsert bileti sataraq rekord qırıb. 
“Ticketmaster” məlumat yayıb.
“Sayta 14 milyon insan daxil olub. Belə yüksək tələbatla biz 900 stadionu doldura bilərdik”,- deyə portal yaydığı məlumatda qeyd olunub.
Xatırladaq ki, sənətçinin yeni təqdim etdiyi “Midnight” həm “Spotify”də, həm də “Apple Music”də ilk gündən ən çox dinlənilən albom rekordunu qıraraq tarixə düşüb.

Oxşar xəbərlər