"Çörəyi yarıya bölüb..." - Lukaşenko McDonald’s-a reaksiya verdi
18-11-2022, 16:11
6 695

"Çörəyi yarıya bölüb..." - Lukaşenko McDonald’s-a reaksiya verdi

Belarusu tərk edən McDonald's şəbəkəsinin restoranlarının yerini yerli müəssisələr və istehsalçılar tutmalıdır.
Bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko aqrar-sənaye kompleksi rəhbərlərinin mərasimində bildirib. 
Onun sözlərinə görə, yerli istehsalçılar buna kifayət qədər qadirdirlər: "Bəziləri, xüsusən də gənclər McDonalds-ın ölkədən getməsinə təəssüflənir. Düşünürəm: şükürlər olsun ki, ya Rəbb, heç olmasa getsin! Bizimkilər çörəyi yarıya bölüb bu iki yarıya bir tikə ət, kartof və kahı doldura bilməzlər?", - Belarus lideri qeyd edib. 



Oxşar xəbərlər