İraqda yaşayış binasında partlayış - 15 ölü (YENİLƏNİB)
18-11-2022, 17:06
6 634

İraqda yaşayış binasında partlayış - 15 ölü (YENİLƏNİB)

İraqın Süleymaniyyə şəhərində yaşayış binasının uçması nəticəsində 15 nəfər həlak olub. 
Bu barədə İraqın "Shafaq" nəşri məlumat yayıb.
"Süleymaniyyədə qaz partlayışı nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb, 12 nəfər yaralanıb", - şəhər polisi açıqlayıb. 
Qeyd olunur ki, çökməyə səbəb noyabrın 17-si gecə Süleymaniyyənin yaşayış komplekslərindən birində qaz balonunun partlaması olub.

xxx
17/11/2022 - 23:50
İraqın Süleymaniyyə şəhərində üç bina uçub.
İnsident zamanı azı bir nəfər ölüb və 20 nəfər yaralanıb.
İlkin məlumata görə, qəzaya səbəb üçmərtəbəli binanın damında quraşdırılmış maye qaz balonunun partlaması olub. Partlayış nəticəsində bir neçə avtomobilə ziyan dəyib. Həmçinin, dağıntılar altında qalanların olduğu da bildirilir.
Hadisə yerində ondan çox fövqəladə xidmət qrupu çalışır.
Süleymaniyyənin təcili yardım şöbəsi 12-15 yaralının xəstəxanalara yerləşdirildiyini qeyd edib.

Oxşar xəbərlər