Trampın Tvitter hesabı bərpa edildi
20-11-2022, 14:36
9 842

Trampın Tvitter hesabı bərpa edildi

ABŞ-ın sabiq prezidenti Donald Trampın Tvitter hesabı bərpa edilib.
Müvafiq qərarı şirkətin yeni sahibi İlon Mask rəy sorğularının nəticələri əsasında qəbul edib.
Bununla belə, sabiq prezident özünün təsis etdiyi sosial şəbəkədə - “Truth Social”da qalmağa qərar verib.
Qeyd edək ki, Trampın Tvitter hesabı ötən ilin yanvarında iğtişaşlar zamanı bloklanmışdı.

Oxşar xəbərlər