Moskva PUA istehsalına başlamaq üçün Tehranla razılığa gəlib
20-11-2022, 19:49
9 836

Moskva PUA istehsalına başlamaq üçün Tehranla razılığa gəlib

Moskva İran pilotsuz təyyarələrinin istehsalına başlamaq üçün Tehranla razılığa gəlib. 
Bu barədə  “The Washington Post” ABŞ kəşfiyyatına istinadən məlumat yayıb.
Bildirilir ki, Rusiya və İran rəsmiləri noyabrın əvvəlində İranda keçirilən görüş zamanı bu razılaşmanı tamamlayıblar.
"İki ölkə istehsalın aylar ərzində başlamasına imkan verə biləcək dizaynları və əsas komponentləri təhvil verməyə doğru sürətlə irəliləyir", - deyə KİV qeyd edib.  

Oxşar xəbərlər