Qazaxıstanda zəlzələ baş verib
20-11-2022, 10:52
9 192

Qazaxıstanda zəlzələ baş verib

Qazaxıstanın Seysmik Stansiyalar şəbəkəsi bazar günü yerli vaxtla saat 09:21-də (Bakı vaxtı ilə 07:21) ölkənin cənubunda 5,7 bal gücündə zəlzələ qeydə alıb.
Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.
"Zəlzələnin episentri Almatıdan 273 km şimal-şərqdə yerləşib. Yeraltı təkanlar 5,7 maqnitudada olub", - məlumatda deyilir.
Seysmoloqların bildirdiyinə görə, iki-üç bal gücündə (MSK-64 şkalası üzrə) zəlzələ Taldıkorqan şəhərində, Kapal-Arasan kəndində üç bal gücündə hiss olunub. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Oxşar xəbərlər