Konsertdən sonra ərini döydülər, xanımına təcavüz etdilər
21-11-2022, 21:46
7 431

Konsertdən sonra ərini döydülər, xanımına təcavüz etdilər

Dünyaca məşhur müğənni Elton Conun konsertindən sonra cütlüyə edilən hücumda şübhəli bilinən bir nəfər həbs edilib.
İddia edilən insident Conun Los-Ancelesdəki ilk çıxışından qısa müddət sonra baş verib.
Noyabrın 17-də Dodger Stadionundakı gecədən sonra maşınına doğru hərəkət edən cütlüyə bir neçə nəfər sataşıb. Xanıma seksual hərəkətlər etməyə başlayıblar.
Hücumdan sonra kişi yaralanıb, kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya aparılıb. Qadının vəziyyəti isə qənaətbəxşdir.

Oxşar xəbərlər