Meqanın evlilik üzüyünün Dianayla bağlılığı nədir?
21-11-2022, 22:48
7 443

Meqanın evlilik üzüyünün Dianayla bağlılığı nədir?

Evlilik mövzusunda vacib məsələlərdən biri də təbii ki, üzük seçimidir. Məsələn, Sussex hersoginyası Meqan Marklın üzüyünün arxasında dayanan detallar sizi maraqlandıra bilər. Elə isə başlayaq…
Meqanın üzüyünün karatından tutmuş, Şahzadə Diana ilə bağlılığına qədərki məlumatları təqdim edirik:

Hər iki tərəfi brilliant olan üzük indiyə qədər olan ən populyar zinət əşyalarından biridir. Şahzadə Harri verdiyi müsahibəsində “Üzük sarı qızıldan ibarətdir, çünki bu Meqanın sevimlisidir. Mən əsas daşı Botsvanadan almışam və hər iki tərəfdəki brilliant anamın zərgərlik kolleksiyasındandır” sözlərini bildirib.

Mərkəzi daşı dəstəkləyən hər iki brilliant 0,5-0,75 karat arasındadır. Saraydan edilən açıqlamada “Xanım Marklın üzüyü Kraliça Elizabetin hədiyyə etdiyi “Uels” qızılından hazırlanıb”, - deyə, qeyd edilib.

Oxşar xəbərlər