Suriya üzrə 19-cu Astana danışıqları başladı
22-11-2022, 12:15
1 289

Suriya üzrə 19-cu Astana danışıqları başladı

Suriya böhranının həlli üçün qurulan Astana danışıqlarının qarantı olan Türkiyə, Rusiya və İranın nümayəndə heyətləri Qazaxıstanın paytaxtı Astanada 19-cu dəfə bir araya gəlib.
Danışıqlar saat 07:00 - da Astanada bir hoteldə Rusiya və Suriya Bəşər Əsəd rejiminin nümayəndə heyətləri arasında ikitərəfli görüşlə başlayıb.
Türkiyəni Xarici İşlər Nazirliyinin Suriya üzrə baş direktoru Səlcuq Ünalın rəhbərlik etdiyi nümayəndə heyəti, Rusiyadan Prezident Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevin, İrandan isə xarici işlər nazirinin siyasi məsələlər üzrə müşaviri Əlinin başçılıq etdiyi nümayəndə heyətləri iştirak edir.
Görüşlərdə Əsəd rejiminin xarici işlər nazirinin müavini Ayman Susan və müxalifətlə Əhməd Tumanın başçılıq etdiyi nümayəndə heyətləri də  yer alıb. 

Oxşar xəbərlər