AK Ukraynaya daha 2,5 milyard avro ayırdı
22-11-2022, 15:25
779

AK Ukraynaya daha 2,5 milyard avro ayırdı

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen AK-nin Ukraynaya daha 2,5 milyard avro ayıracağını açıqlayıb.
O, bu barədə "Twitter"də yazıb.
“Avropa Komissiyası Ukraynaya daha 2,5 milyard avro ayırır. Biz müntəzəm ödənişlərlə 2023-cü ilə qədər 18 milyard avro hədəfləyirik. Uğurlu yenidənqurmaya aparan təcili təmir və sürətli bərpa üçün. Biz lazım olduğu qədər Ukraynanı dəstəkləyəcəyik”, - deyə o,  qeyd edib. 

Oxşar xəbərlər