Korona peyvəndi uşaq ölümlərini ARTIRDI
23-11-2022, 19:00
7 544

Korona peyvəndi uşaq ölümlərini ARTIRDI

Koronavirusa qarşı hazırlanmış peyvəndlərin uşaqlara tətbiqi gözlənilməz nəticələr verib. Belə ki, Avropa ölkələrində ölüm statistikasını dərc edən EuroMOMO-nun açıqladığı məlumatlara görə, koronavirusa qarşı mRNT peyvəndi hazırlanmış 0-14 yaş arası uşaqların ölüm nisbətlərində ciddi artım müşahidə olunub.
Avropada ölümləri və onların səbəblərini izləmək səlahiyyətinə malik olan EuroMOMO -nun yaydığı məlumatlar göstərir ki, 0-14 yaş arası uşaq ölümləri korono peyvəndlərdən sonra 552 % artıb. 
Avropa Dərman Agentliyi 28 May 2021-ci ildə 12-15 yaşlı uşaqlara Kovid-19 mRNT peyvəndlərinin tətbiqi üçün təcili istifadə icazəsi verib. 6 ay sonra fövqəladə istifadə icazəsi 5-11 yaşlı uşaqları əhatə edəcək şəkildə uzadılıb. Peyvənd kampaniyasına qədər uşaq ölümləri əvvəlki illərlə mütənasib olaraq normal şəkildə gedirdi. Lakin korona vaksinlərindən sonra uşaq ölümləri birdən-birə artmağa başlayıb. 
Peyvəndin tətbiqinə icazə verildiyi 2021-ci ilin mayından dekabrın sonuna kimi qəfildən 8,5 dəfə artan uşaq ölümləri 2022-ci ildə normadan 4,4 dəfə çox olub. Başqa sözlə, son 18 ayda uşaq ölümünün orta hesabla artımı 552 faiz təşkil edib. 
Uşaq ölümlərinin birdən-birə artmağa başladığı tarix 2021-ci ilin may ayına təsadüf edir. Rəqəmlərin tamamilə təsadüf olduğunu iddia edənlər üçün EuroMOMO maydan dekabr ayına qədər olan dövrü əhatə edən 22-52 həftəlik dövrü əvvəlki illərlə müqayisə edib. Nəticə son 4 illə müqayisədə fəlakətli olub. Uşaq ölümü göstəriciləri əvvəlki illərlə müqayisədə dəfələrlə çox olub. Bu həftələr arasında orta hesabla 89,5 olan uşaq ölümü 2021-ci ildə birdən-birə 848-ə yüksəlib. 2022-ci ildə 0-14 yaşlı uşaq ölümləri də dramatik olub: 929 nəfər.
2017-2020-ci illərdə orta hesabla 272 olan 0-14 yaşlı uşaq ölümü 2021-2022-ci illərdə birdən-birə 1777-yə yüksəlib. Bir çox insanlar ölüm hallarının artmasının koronavirusa qarşı hazırlanmış peyvəndlərin yan təsirləri ilə əlaqələndirirlər. Bununla belə, peyvəndlərin nəticələri ilə bağlı daha çox araşdırmaya ehtiyac var. Avstriya, Belçika, Kipr, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İrlandiya, İsrail, İtaliya, Lüksemburq, Malta, Hollandiya, Portuqaliya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, İngiltərə, Şotlandiya və Uels üçün EuroMOMO statistikası -dan alınan məlumatları təhlil etməklə yaradılmışdır. 

Oxşar xəbərlər