Alimlər Brüs Linin ölüm səbəbini açıqladı
24-11-2022, 22:21
8 776

Alimlər Brüs Linin ölüm səbəbini açıqladı

Alimlər aktyor Brüs Linin ölümünü həddindən artıq su istehlakı ilə əlaqələndiriblər. 
Müvafiq tədqiqat Madrid Muxtar Universitetinin (UAM) ispan alimləri tərəfindən “Clinical Kidney” tibb jurnalında dərc olunub.
Aktyorun böyrəklərinin bədəndən artıq suyu çıxara bilmədiyini irəli sürüblər və bu, hiponatremiyə gətirib çıxarıb. Həkimlər ölümündən əvvəl Brüs Linin çoxlu maye içdiyini, həmçinin böyrək funksiyasını azaldan dərman və spirt qəbul etdiyini sübuta yetiriblər.
Qeyd edək ki, Brüs Li 1973-cü ildə 32 yaşında vəfat edib. Aktyorda çoxlu ağrıkəsici qəbul etdiyi üçün beyin ödemi yarandığı güman edilirdi.

Oxşar xəbərlər