Acun Ilıcalının komandası "Hall Siti" Antalyaya gəlir
24-11-2022, 23:19
7 338

Acun Ilıcalının komandası "Hall Siti" Antalyaya gəlir

Qətərdə keçirilən futbol üzrə dünya çempionatı zamanı böyük klubların seçimi Antalyanın Serik rayonundakı Belek turizm mərkəzi olub. Düşərgə fəaliyyətini həyata keçirmək üçün İtaliya, Almaniya, İngiltərə və İsrailin futbol klubları, eləcə də Türkiyədə Superliqa komandaları Belek turizm mərkəzindəki 5 ulduzlu otellərdə düşərgə fəaliyyətləri keçirəcək. Futbol komandalarının Belekdəki düşərgə prosesi noyabrın 25-də başlayacaq və dekabrın 20-dək davam edəcək. Acun Ilıcalının sahibi olduğu İngiltərənin "Hall City" komandası gələcək düşərgəsini ilk dəfə Türkiyənin Belek şəhərində edəcək. İngiltərənin "Kristal Pelas” komandası da düşərgə üçün Belekə üstünlük verib.

Oxşar xəbərlər