Rusiyada səfərbər olunan məmur müəmmalı şəkildə öldü
25-11-2022, 14:43
1 098

Rusiyada səfərbər olunan məmur müəmmalı şəkildə öldü

Rusiyanın Tümen bölgəsində yerləşən təlim mərkəzlərində səfərbərliyə alınan vətəndaşlardan biri gözlənilmədən keçinib.
"Meduza" xəbər verir ki, onun səhhətindən şikayət olmayıb. Amma səfərbər olunan rusun anidən ürəyi dayanıb.
Nəşr yazır ki, ölən şəxs Perm diyarının Sosial İnkişaf Nazirliyinin departamentinin əməkdaşı Dmitri Moşev olub. 49 yaşlı məmur əvvəllər də ürəyində hansısa problemin olması ilə bağlı həkimlərə müraciət etməyibmiş.

Oxşar xəbərlər