ABŞ-da təyyarə elektrik dirəyinə çırpıldı
28-11-2022, 10:16
990

ABŞ-da təyyarə elektrik dirəyinə çırpıldı

ABŞ-ın Merilend ştatında kiçik təyyarə elektrik dirəyinə çırpılıb.
Bu barədə Federal Aviasiya İdarəsi (FAA) Nyu-Yorkdan havaya qalxan tək mühərrikli təyyarənin Merilend ştatının Gaithersburq şəhərində elektrik ötürücü xəttinə çırpıldığını açıqlayıb.
Sözügedən qəzadan sonra Montqomeri bölgəsində 120 minə yaxın insan işıqsız qalıb.
Qəzanın səbəbi hələlik məlum deyil.

Oxşar xəbərlər